Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏUDİYYƏNİN BAŞ MÜFTİSİ: İSRAİLƏ QARŞI VURUŞMAQ OLMAZ

Əbdüləziz Al əş-Şeyx yəhudilərə qarşı vuruşmağı qadağan edib.

Səudiyyə Ərəbistanının baş müftisi işğalçı İsrail rejiminin xeyrinə verdiyi fətva Təl-Əvivdə müsbət qarşılanıb.

Din.az xəbər verir ki, baş müfti Şeyx Əbdüləziz bin Abdullah Al əş-Şeyx İsrailə qarşı vuruşmağın caiz olmadığı barədə fətva verib. İsrail rejiminin rabitə naziri Əyyub Qara ərəbistanlı müftini bu fətva münasibətilə təbrik edərək onu ölkəsinə dəvət edib.

“Səudiyyə Ərəbistan müftisi və üləmalar heyətinin sədri Əbdüləziz Al əş-Şeyxi yəhudilərə qarşı vuruşmağı və onları öldürməyi qadağan edən fətvasından dolayı təbrik edirəm. Al əş-Şeyx HƏMAS-ın terror təşkilatı olduğunu, bu təşkilatın fələstinlilərə ziyan vurduğunu, Əqsa məscidindəki etiraz aksiyalarının demaqoqluq olduğunu və “Hizbullah”a qarşı mübarizədə İsrail ordusu ilə əməkdaşlıq edilə biləcəyini deyib. Mən müftini İsrailə səfər etməyə dəvət edirəm, o burada yüksək hörmətlə qarşılanacaqdır”, – deyə israilli nazir bildirib. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...