Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanının başı dərddə – Daha bir qətl işi

Səudiyyəli qızlar ABŞ-dan siyasi sığınacaq istəyiblər.

ABŞ-ın Nyu York şəhərindəki Hudson cayından meyitləri çıxarılan Səudiyyə Ərəbistanı vətəndaşları olan iki bacının ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, 16 yaşlı Tala və 22 yaşlı Rotana Farea bacıları avqustun 24-də itkin düşüb və sentyabrın 12-də axtarışlarına başlanılıb. Onlərin meytləri ötən həftənin çərşənbə günü çay kənarında tapılıb.

Bir-birinə lentlə bağlanmış meyitlərlə bağlı tibbi ekspertizanın ilkin rəyi açıqlanmayıb. Onların Nyu York və Nyu Cersi əyalətlərini birləşdirən Corc Vaşinqton körpüsündən özlərini ataraq intihar etdikləri bildirilsə də, yeni məlumatlar bu versiyanı qüvvədən salıb.

Qızların bədənində heç bir zədə izi olmayıb. Polisin versiyasına görə, əgər qızlar özlərini bağlayaraq körpüdən atsaydılar bədənlərində zədə izi olardı. Bildirilir ki, meyitlər tapılmazdan bir gün öncə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyindən qızların anasına zəng edilib. Zəng edən şəxs bacıların ABŞ-dan siyasi sığınacaq istədiyini deyərək ailəsindən Amerikanı tərk etmələrini istəyib.

Səfirliyin adı açıqlanmayan əməkdaşı CNN-ə bildirib ki, onlar qızların ABŞ-dan siyasi sığınacaq istəmələrindən xəbərdar olub, amma məsələ ilə bağlı Farea ailəsilə əlaqə yaradılmayıb.

Gənc qızların nə üçün Nyu Yorka gəldikləri barədə fərqli iddialar irəli sürülür.

Səudiyyə Ərəbistanının Nyu Yorkdakı konsulluğundan verilən açıqlamada bildirilir ki, hadisə diqqətdə saxlanılır, məsələ ilə bağlı vəkil tutulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...