Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyənin məşhur din xadimi suallara cavab verə bilməyib aradan çıxdı – Cenevrədə+VİDEO

“Bizə necə sülhdən danışa bilirsən?”…

“Səudiyyə Ərəbistanı və ABŞ dünya ölkələrini necə sülhə apara bilər ki, ABŞ özü neçə-neçə ölkəni işğal edib?..”

Cenevrədə bir məsciddə “Səudiyyə Ərəbistanının ABŞ-la birgə həyata keçirdiyi sülhməramlı missiyası” haqda məruzə etmək istəyən Məkkədəki Məscidul Həramın müftisi Şeyx Əbdürrəhman Əs-Sudəys dinləyicilərin etirazıyla qarşıılaşıb.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda “AlBawaba” nəşri xəbər yayıb. Məsciddə olanlar Səudiyyə rejiminin müsəlmanlara qarşı törətdiklərini qabardaraq ölkənin məşhur din xadiminə “bizə necə sülhdən danışa bilirsən?”, sualını veriblər. Bir çox mənbələrin qondarma vəhhabi təriqətinə mənsub olduğunu idda etdiyi Şeyx Əbdürrəhmanın çıxışı zamanı dinləyicilərdən biri –Əlcəzair əsilli vəkil və Cenevrədəki İslam mərkəzinin fəalı Yaxlev Səlahəddin “Yəmən və Qətərdəki qardaşlarımızı mühasirəyə aldığınız və aclıqdan öldürdüyünüz bir vaxtda bizə necə sülhdən danışa bilirsən?” sualını verib. “O, bizə “sülh” öyrətmək üçün gəlir, amma özü müsəlmanları qətlə yetirmək üçün fətvalar verir…Səudiyyə Ərəbistanı və ABŞ dünya ölkələrini necə sülhə doğru apara bilər ki, ABŞ özü neçə ölkəni işğal edib”-deyə müsəlman fəal üzünü auditoriyaya tutub.

Gözlənilməz suallardan özünü itirən Səudiyyə din xadimi cavab verə bilməyib və cangüdənləri və tərəfdarlarının kəskin suallar verən şəxsi əhatəyə almasından istifadə edərək aradan çıxıb.
Xatırladaq ki, Sudəys bundan öncə də ABŞ-ın prezidenti Donald Trampın və Səudiyyə rejiminin dünyanı sülhə apardığını söyləyərək etirazlarla qarşılaşmışdı. O, televiziyada çıxış edərkən ABŞ və Səudiyyə rejiminin dünya siyasətinə müsbət təsir edən qütblər olduğunu da iddia etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...