Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyənin Qarabağ çağırışları… – Şeyx

“Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələr bütün sahələrdə inkişaf edir”.

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətləri hər iki ölkənin ümumi mənafelərinə cavab verir. Nüfuzlu beynəlxalq təşkilatlarda Səudiyyə Ərəbistanı Azərbaycanın maraqlarını daim müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

Din.az xəbər verir ki, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbisrtanının ölkəmizdəki səfitri Həməd bin Abdulla bin Xudeyrlə görüş zamanı dedi.

Görüşdə Şeyxülislam Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini xüsusi vurğulayıb. Şeyx Səudiyyə Ərəbistanına səfər təəssüratlarından da danışıb. Orada xüsusi hörmətlə qarşılanmasını, Məkkədə, Mədinədə olmasını, keçirdiyi görüşləri, Kəbə örtüyü hazırlanan fabrikə baş çəkməsini, Kəbə örtüyünə vurduğu ilməni böyük şərəf adlandırıb. Səfərin zirvəsi kimi Kral Salman bin Əbdüləziz əs-Səudlə görüşü xüsusi vurğulayıb. Bu qəbulu təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan Prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi adlandırıb.

Səfir də öz növbəsində Şeyxin səfərini diqqətlə izlədiyini deyib. Şeyxin Səudiyyə Ərəbistanına səfərini ölkəsinə verilən yüksək dəyər adlandırıb.

Diplomat müsahibəsində Səudiyyə Ərəbistanı ilə Azərbaycan əlaqələrindən də danışıb.

Qarşılıqlı səfərləri regionda dini təhlükəsizliyi möhkəmləndirən amil adlandıran diplomat səfərlərin intensivlədirilməsinin vacibliyini də deyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...