Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səyavuş Heydərov: “Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur”

“Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi” mövzusunda konfrans keçirilib.

“Azərbaycanda bütün dinlərə, konfessiyalara bərabər münasibət göstərilir və dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur”.

Din.az APA-ya istinadən bildirir ki, bunu “Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi” mövzusuna həsr olunan konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tarixən formalaşan dini tolerantlıq mühiti bu gün yeni mərhələyə qədəm qoyur: “Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr tutur. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgə yaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulan bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması çağırışları edilir. Noyabrda Azərbaycanda dünya dini liderlərinin sammiti keçiriləcək. Həmin konfransda yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...