Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səyavuş Heydərov: “Dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür”

“Azərbaycandakı dini vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb”.

“Azərbaycanda dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil”.

Din.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı dini vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb: “Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşlarına dini təbliğ etmək qadağandır. Ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir. Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər. Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmayıb. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...