Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səyavuş Heydərov: Sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil

“Dini komitə dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verir.”

“Bəzi ölkələr Azərbaycana qarşı öz məkrli fəaliyyətini bir an belə dayandırmırlar. Bəzi ölkələrdən məzhəbçiliyin, yad ideologiyaların, qeyri-ənənəvi dini cərəyanların Azərbaycana ixracı səylərinin olduğunu görürük”.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm” mövzusunda keçirilən konfransda çıxış edən zaman deyib.

S.Heydərov bildirib ki, Azərbaycanın sürətli inkişafını istəməyən bəzi qüvvələr təkcə siyasi deyil, dini müstəvidə də təsir etməyə çalışırlar. Buna görə də hazırda əsas məqsədlərdən biri gəncləri yad ideologiyaların təsirindən qorumaqdır:

“Bu səbəbdən komitə dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verir. Ölkəmizə qarşı yönəlmiş bu təhdidləri nəzərə alaraq, vətəndaşlardan da ayıq olmağı, dini məlumatlar alan zaman olduqca diqqətli olmağı tövsiyə edirik. Xüsusilə sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil. Vətəndaşlara yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazə verdiyi dini kitablardan istifadə etməyi tövsiyə edərdik. Çox xoşdur ki, bu gün dindarlar da dövlətimizin demokratik dəyərlərini yüksək dəyərləndirir və dövlətə öz dəstəklərini verirlər”.

Komitənin sədr müavini əlavə edib ki, dini radikalizmlə mübarizədə hər bir vətəndaş öz səylərini ortaya qoymalıdır: “Heç kəs bir günə dini radikal olmur. Bu, zaman-zaman olur və hər birimizin gözü qarşısında baş verir. Ona görə də hər birimiz ayıq olmalıyıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...