Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyx Çexiyadakı əmlakını İspaniyaya köçürür

Şeyxülislam Allahşükür Paşazadə Çexiyadakı biznesini dayandırmaq qərarına gəlib.

Araşdırmacı jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabından səhifəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə aid ilginc faktlar açıqlayıb.

Din.az bildirir ki, AnTV.az həmin yazını olduğu kimi təqdim edir:

İctimai rəy, reaksiya qismən də olsa öz işini gördü.
Xəbəriniz olsun ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Şeyxülislam Allahşükür Paşazadə Çexiyadakı biznesini dayandırmaq qərarına gəlib.

Beləki cənab Paşazadə Karlovı-Varı sərgüzəştləri ilə özünün mövqeyinə ciddi zərbə vurduğunun fərqinə varıb və siyasi hakimiyyətin də tövsiyyəsi ilə bu ölkədəki şirkətini birdəfəlik qapatmaq üçün Çexiya Ədliyyə Nazirliyinə müraciət edib. Müraciəti MP İnternational şirkətinin meneceri Sergey Kopanev göndərib və müraciət ötən ayın 11-də icraata götürülüb.
Səbəb kimi şirkətin iflası göstərilir. Şeyx həzrətləri zirək tərpənib və 15 milyon kronluq aktivləri olan şirkətinin son bir il ərzində nə az-nə çox 18 miyon kron zərərə düşdüyünü qeyd edib. Yəni bütün çulunu sudan quru çıxarmağa çalışır. Üstəlik də belə ehtimal var ki, Allahşükür Paşazadə Çexiyadakı kapitalını daha dərinə gizlətmək üçün İspaniyaya köçürür. Hansı ki, burada qudası Ali Evsenin də böyük biznesi var.
Bu həmin cənab şeyximizdir ki, bir vaxtlar Çexiyada mülkünün, şirkətinin olmadığını deyirdi. Deyirdi ki, “bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.
Amma şirkətə aid sənədlər ortaya çıxanda, sərgüzəştlər faş olanda Paşazadə həzrətləri tələm-tələsik şirkəti oğlunun adına keçirdi ki, izi itirsin, bu da keçmədi, şirkətin yenidən qeydiyyatı ilə bağlı sənədlər də ortaya çıxdı.
Xatırladım ki, Şeyx həzrətləri və qardaşı Cavanşir Paşazadə Aynur KV (Karlovı Varı) şirkətini hələ 2008-ci yanvarında Çexiyada qeydiyyatdan keçirmişdilər. 2017-ci ilin sentyabrında müvafiq sənədlər ictimailəşəndən sonra Şeyxülislam ötın ilin mayında şirkətin adını dəyişərək oğlu Məhəmməd Paşazadənin adına keçirmişdi.

AnTV.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...