Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şeyx çoxuşaqlı ailəyə mənzil açarları təqdim etdi- İbrətamiz … – VİDEO

“Hər kəsə ölkə hesabına mənzil verək” layihəsi ictimaiyyətə təqdim edilib.

Qazaxıstanda Müsəlman Ruhanilər İdarəsinin nəzdindəki “Zəkat” korporativ fondu yalnız bu yaxınlarda “El ülesi pəterqe”(“Hər kəsə ölkə hesabına mənzil verək”) layihəsini ictimaiyyətə təqdim edib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində artıq 11-ci ev Almatı vilayətinin Aksu rayonundakı 6 uşaqlı Saudabayevlər ailəsinə hədiyyə edilib.

Baharın ilk cümə günü –martın 1-də Saudabayevlər ailəsinin yeni mənzilinin açarları Qazaxıstanın şeyxi – Ali müfti Serikbay qazı Oraz tərəfindən təqdim edilib. Təntənəli toplantıda Ali müfti bu xeyirxah işə öz töhfəsini verən və “Zəkat” xeyriyyə fondunun layihəsini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...