Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyx Donald Trampın məsləhətçisi oldu – Gözlənilməz

Müsəlman alim Tramp administrasiyasının insan hüquqları üzrə şurasının üzvü oldu.

Amerikanın tanınmış İslam aliminin ABŞ administrasiyası nəzdində məsləhət şurasına üzv olması dindaşları tərəfiindən hiddətlə qarşılanıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, “Middle East Eye” nəşrinin yaydığı məlumata görə, Şeyx Həmzə Yusuf kimi tanınan müsəlman alimi Dövlət Katibi Mayk Pompeonun Prezident D.Tramp administrasiyasının insan hüquqları üzrə şurasının üzvü olmaq təklifini qəbul edib.

Prinston universitetinin İslam fənləri üzrə müəllimi doktor Usama əl-Əzəmi hesab edir ki, Şeyx Yusufin Trampın yanında işləməyə razılıq verməsi Qərb müsəlman aləmi üçün həyəcanverici haldır.
“Amerika tarixində ən satqın və islamofob bir administrasiya ilə eyni düşərgədə çalışmaq bir çox müsəlmanlar tərəfindən bağışlanılmaz və heç vaxt unudulmayacaq səhv kimi dəyərləndiriləcək”-İslam alimi belə deyib.

Qeyd edilir ki, Şeyx Həmzə Yusuf məşhur müsəlman ilahiyyatçısı Şeyx Abdulla bin Bayyanı öz müəllimi və ustadı sayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...