Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyx: “İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür”

“İftar süfrəsi Allahın mərhəmətinin bir növüdür”.

Prezident İlham Əliyevin, bütün dinlərin nümayəndələrinin və xarici dövlətlərin diplomatlarının iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı göstərib.

Din.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

QMİ sədri qeyd edib ki, İftar süfrəsi Allahın mərhəmətinin bir növüdür:

“İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi və iftar verilməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu, davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk”. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...