Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyx Şəkidə din xadimləri ilə görüşüb

Səfər zamanı Türkiyə şəhidlərinin ruhuna qiyabi cənazə namazı qılınıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Şəki şəhərində dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşüblər.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən daxil olan məlumata görə, görüşdə DQİDK-nin sədri Mübariz Qurbanlı təəssüflə qeyd edib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi müsəlman ölkələrinə aiddir: “Bu, hər birimizi narahat edir. İslam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsi çox vacibdir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu uğurlar bölgələrin timsalında da aydın hiss olunur”.

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə isə səfərin məqsədinin bölgələrdə mənəviyyatın inkişafına baxmaq və din xadimlərinin insanlara necə xidmət göstərmələri, “Qurani-Kərim”in xalqa necə çatdırılmasıyla əyani tanış olmaqdır. A.Paşazadə onu müşayiət edənlərlə Şəkidəki Cümə Məscidinə gələrək, namaz qılıb, dualar ediblər. Eləcə də, Türkiyə şəhidlərinin ruhuna qiyabi cənazə namazı qılınıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...