Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyx “Üç İnanc Forumu”nda – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən “Üç İnanc Forumu” (Three Faiths Forum) təşkilatının idarə heyəti ilə görüşüblər. “Din.az” xəbər verir ki, görüşdə, […]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən “Üç İnanc Forumu” (Three Faiths Forum) təşkilatının idarə heyəti ilə görüşüblər.

“Din.az” xəbər verir ki, görüşdə, həmçinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə təmsil olunublar.

1463715752560448996_1000x669

Təşkilatın direktor müavini Coş Kass “Üç İnanc Forumu”nun fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, təşkilat dinlər və icmalararası dialoq sahəsində Britaniyada nüfuzlu təşkilatlardandır. “Üç İnanc Forumu” Britaniya hökuməti və bu sahənin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikultural, dini tolerantlıq mühiti ilə maraqlandıqlarına görə təşkilatın idarə heyətinə minnətdarlığını ifadə edib. Dinlər və icmalararası dialoq kimi beynəlxalq əhəmiyyət kəsb edən sahədə Britaniyada fəaliyyət göstərmələrini yüksək qiymətləndirib.
Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...