Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyx: Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı

Şeyx: “Azərbaycanda qəbul edilən fitvalar məhdudiyyət kimi təqdim edilir”.

Aşura günündə baş yarmaq, zəncir vurmaq olmamalıdır.

Din.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün ədalətin bərpa olunan və şəhidlərin yad olunduğu gündür:

“Bütün Azərbaycan və dünya müsəlmanlarına başsağlığı verirəm. Artıq illərdir ki, bu gün qanvermə aksiyası keçirilir. Biz qan verməklə başqalarına can veririk. Bununla İmam Hüseyn vəsiyyətinə əməl edirik. Aşura günü baş yarmaq, zəncir vurmaq olmasa, yaxşıdır. Buna İmam Hüseyn də razı olmazdı”.

QMİ sədri bildirib ki, bu gün Azərbaycanda qəbul edilən fitvalar məhdudiyyət kimi təqdim edilir:

“Bizim fitvamız uşaqlarla bağlı məqəmlara da toxunub. Yaxşını-pisi bilməyən uşaq məscidə gətirilməməlidir. Azərbaycanda bu günün qeyd edilməsi ilə bağlı məhdudiyyət yoxdur. Baxmayaraq ki, verdiyimiz fitvanı məhdudiyyət kimk qəbul edirlər. Azərbaycanda başqa dinlərə olan münasibət də yüksək səviyyədədir. Kilsələr təmir olunur. Bunlar dini münasibətlərin yüksək olmasının göstəricisidir”.

Allahşükür Paşazadə bildirib ki, QMİ-nin son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə heç bir münaqişə nöqtəsi yoxdur:

“Hər iki qurum imkan daxilində ehtiyacı olanların problemlərini həll etmək üçün əlindən gələni edir. Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb və orada qeyri-müsəlmanlar da təhsil alacaqlar”. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...