Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyxdən xəbərdarlıq: “Bəzi qruplar Aşurada təxribat törətmək istəyir”

“Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir.”

“Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər”.

Din.az “Report”a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: “Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır”.

QMİ sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: “Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...