Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyxin Papaya məktubu – VİDEO

Kinorejissor və aktyor şeyx Əbdül Mahmudbəyovun Roma Papasına məktub ünvanlayıb.

“Müqəddəs ata, bütün müqəddəs dəyərlərə and olsun ki, ermənilərin düzüb qoşduğu qondarma və xəyali erməni soyqırımı birbaşa onların özlərinin törədikləri əməl və erməni xislətinə xas olan məkirli məqsədlərə xidmət edən uydurulmuş cəfəngiyyatdır”.

Bu sitat tanınmış kinorejissor və aktyor şeyx Əbdül Mahmudbəyovun Roma Papasına ünvanladığı “SOS” haraylı məktub- müraciətində öz əksini tapıb.  Şeyx Əbdül bildirib ki, bu müraciət onun təşəbbüsü ilə əldə etdiyi və erməni yalanını ifşa edən dəqiq tarixi faktlara əsaslanır.

Şeyx Əbdül deyir ki, hazırda orda olan həmin sənədlərdən dünya tarixçilərinin, siyasətçilərin, həmçinin ermənilərin özlərinin tarixçi və yazıçılarının araşdırmaları və etirafları yer alır.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...