Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şeyxin qərarına reaksiya: Saxtakar mollalar… – Açıqlama

Elşad Miri: “Mollalığın özü saxtakarlıqdır. İndi saxtakar olmayan molla varmı?”

Bəzi şəxslər var ki, onların dindən heç bir anlayışı yoxdur və dini özləri üçün sırf gəlir mənbəyinə çevirirlər, insanları aldadaraq, dini mərasimlər icra edirlər. Allahşükür Paşazadənin də xəbərdarlığı məhz bununla bağlıdır ki, idarə bu şəxslərə görə məsuliyyət daşımır.

Din.az bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin Azərbaycanda saxta molla probleminin olması haqda xəbərdarlığını Axar.az-a şərh edən ilahiyyatçı Hacı Şahin deyib. O qeyd edib ki, A.Paşazadənin sözləri həm də cəmiyyətə bir mesajdır:

“Azərbaycanda fəaliyyət göstərən din xadimləri QMİ tərəfindən qeydiyyatdan keçirilir. Buna görə idarə yalnız qeydiyyatdan keçən din xadimlərinə görə məsuliyyət daşıyır. Dırnaqarası din xadimlərini müəyyənləşdirməkdən ötrü mütləq onların kimliyi tələb edilməlidir. İnsanlar onların nə dərəcə dini bilgilərə sahib olduğunu və ayinləri icra etmək səlahiyyətlərinin olub-olmadığını müəyyənləşdirməlidirlər. Bu, çox həssas məsələdir. Məclislərimizdə dini ayinlərin icrasını kimə gəldi tapşıra bilmərik. Bəzi insanlar var ki, Quranı üzdən oxuya, sözləri düzgün tələffüz edə bilmir. Adi kiril, bəzən də latın qrafikası ilə yazılmış surələri oxumağı bacarmır. İnsanlar da o surələri bilmədiyi üçün bu şəxslərə etibar edirlər”.

Məsələ ilə bağlı danışan digər ilahiyyatçı Elşad Miri bildirib ki, mollalıq etmək saxtakarlıqdır:

“Mollalığın özü saxtakarlıqdır. İndi saxtakar olmayan molla varmı? Bu, sonradan ortaya çıxan bir peşədir. İlahiyyatı bitirən insanlar dinşünasdır. Molla deyilən bir anlayış yoxdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...