Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ŞEYXİN ÜSTÜNƏ BIÇAQ ÇƏKİB HƏDƏLƏDİ Kİ… – VİDEO

Tanınmış İslam aliminə qarşı aorakılıq edildi.

Dəfn mərasimlərinin birində gözlənilməz olay baş verib. Qonaqlardan biri şeyxin üstünə bıçaq çəkərək onu hədələyib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, hadisə Misirdə olub. Gözəl Quran oxumasıyla məşhur olan şeyx Səyid əl-Tantavi bir müsəlmanın son mənzilə yola salınması mərasimində gərəkli ayələri sona çatdıraraq tilavəti bitirmək istəyib. Lakin yerdən çoxları şeyxin Quran oxumaqda davam etməsi tələbini səsləndirib. Bu zaman mərasim iştirakçılarından biri cibindəki blçağı çıxararaq din xadiminin üzərinə tərəf çəkib və davam etməyəcəyi halda onu vurmaqla hədələyib. Bundan sonra tanınmış İslam alimi Quran oxumagı davam etdirməyə məcbur olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...