Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyxin yubileyi ilə bağlı yazı müsabiqəsi olacaq

Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi qeyd edilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Din.az bildirir ki, müsabiqəyə “Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri”, “Şeyxülislamlıq institutunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu”, “Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri”, “Dünyada sülhün, mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi istiqamətində Şeyxülsilam Allahşükür Paşazadənin fəaliyyəti” mövzularında yazılar qəbul olunur.

Müsabiqədə I yer üçün 1 nəfər – 800 manat, II yer üçün 2 nəfər – 600 manat, III yer üçün 3 nəfər – 500 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 150 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...