Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyxülilslamın internet saytı yeniləndi

Sayt sanki İslamın deyil, Şeyxülislamın təbliği ilə məşğuldur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəsmi internet saytını (qafqazislam.com) yeniləyib.
Din.az “report”a istinadən xəbər verir ki, saytın yeni forması istifadəcilərə QMİ-nin fəaliyyəti haqqında daha dolğun məlumatlar əldə etməyə imkan yaradıb.

Saytın baş hissəsində “Qurani-Kərim”in surələri yerləşdirilib.

QMİ-nin fəaliyyəti, əhatə etdiyi sahələr haqqında məlumatların əlçatımlılıq səviyyəsi yüksəldilib.

Namaz təqvimi, məscidlər, ziyarət məkanları haqqında məlumatlar ilk səhifədə, daha nəzərəçarpan şəkildə yer alıb.

Həmçinin, şeyxülislamlar, müftilər, Azərbaycanın işğal altındakı tarixi abidələri haqqında məlumatlar, “Sual ver” bölmələri və s. yenilənərək istifadəçilərin istifadəsinə təqdim olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...