Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şeyxülislam Allahşükür Paşazadə: “Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar”

“İnşallah, Allah-təala bizim birliyimizi qoruyacaq”.

“İnanıram ki, bu Ramazan ayında tutduğumuz oruclar, qıldığımız namazlar bizi bəlalardan qoruyacaq. İnşallah, Allah-təala bizim birliyimizi qoruyacaq”.

Din.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri qeyd edib ki, Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar: “Azərbaycan kiçik, unikal bir dövlətdir. Müstəqilliyimizdən sonra baş verən hadisələr xalqımızın nələrə qadir olduğunu ortaya qoydu. Mən iki əsrin Şeyxülislamıyam. Sovet dövründə dinə qarşı aparılan siyasətdə məqsəd xalqın qəlbindən dinə inamı götürmək idi. Bir çox sahələrdə çatışmazlıq olsa da, dini sahədə böyük irəliləyiş var. Bunun da ilk səbəbkarı Heydər Əliyev olub. İlk dəfə Prezident seçiləndən sonra Heydər Əliyev Təzə Pir məscidinə gəlmişdi”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...