Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyxülislam Allahşükür Paşazadə: “Barəmdə yazılanların, deyilənlərin hamısı iftira və yalandır”

“Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır”.

“Prezidentlə ata-bala kimi söhbət edirik. Hərdən deyilir ki, haqqımda bəzi məlumatlar yazılır. Təbii ki, bunların hamısı iftira və yalandır”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Söhbət tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkələməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq”, – A.Paşazadə əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...