Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edib

Allahşükür Paşazadənin səfəri Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə yola düşüb.

Din.az bildirir ki, QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki, Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...