Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şeyxülislam Allahşükür Paşazadə Vatikanın elçisini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında mövcud dini-mənəvi əlaqələr yüksək səviyyədədir.

Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski akkreditasiya müddətinin başa çatması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni ziyarət edib.

“Din.az” bildirir ki, APA-nın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə tərəflər Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında mövcud dini-mənəvi əlaqələrin səviyyəsindən məmnunluqlarını dilə gətiriblər.

M. Solçinski QMİ sədrinə onu qəbul etdiyinə görə təşəkkür edib və regionda işlədiyi müddət ərzində şeyxülislam ilə bilavasitə əməkdaşlıq etməkdən xoşbəxt olduğunu söyləyib. Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A.Paşazadə isə Solçinskiyə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə öz təşəkkürünü bildirib, yeni vəzifəsində uğurlar diləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...