Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şeyxülislam Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib

A.Paşazadə Müqəddəs taxt-tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.

Bu barədə Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini bildirən şeyxülislam A.Paşazadə Müqəddəs taxt-tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu səfər dünyada və regionda sülh, ədalət və əmniyyətin, uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərarına böyük töhfə olacaq.

Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...