Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səyyad Salahlı: “Dağlıq Qarabağda ermənilər tərəfindən 67 məscid dağıdılıb”

“Böyük Ermənistan” arzusunu gerçəkləşdirmək üçün bu abidələri dağıdıb məhv edirlər”.

“Milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. Ermənilər bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını “sübut etmək” iddiasındadırlar”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin I müavini Səyyad Salahlı deyib.

O bildirib ki, ermənilər özlərinin “Böyük Ermənistan” arzusunu gerçəkləşdirmək üçün bu abidələri dağıdıb məhv edirlər: “Ermənilər bu abidələri tarix boyu dörd istiqamətdə dağıdıblar. Əvvəlcə tamamilə uçururlar, ikincisi bu abidələri özgələşdirib dəyişdirirlər, üçüncüsü, bu abidələri tamamilə yer üzündən silirlər, dördüncüsü, erməniləşdirib qriqoyanlaşdırırlar. Bununla da bu ərazilərdə azərbaycanlıların çox gec məslunlaşdıqlarını və o abidələrini isə özlərinə məxsus olduqlarını bəyan edirlər”.

Komitə rəsmisi qeyd edib ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı da məbədlərdir: “Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, uçurulub və Azərbaycan xalqının milli mənəvi yaddaşına güclü zərbə vurulub.

Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlılar milli-mənəvi abidələrini mən edirlər”.

S.Salahlı əlavə edib ki, ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir və erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində heç kim münasibət bildirmir: “Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə sükutla üstündən keçirlər. Təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik və öz münasibətimizi ən müxtəlif istiqamətlərdə bildiririk”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...