Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Seyyid Taleh: “Bəsdir, demə LƏ İLƏHƏ İLLƏLLAHIM”

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Bu müsəlmanların əksəriyyəti isə bu torpaqlarda doğulduqları üçün özlərini müsəlman adlandırırlar. Bəziləri isə özlərini kənardan idxal olunan müxətlif dini sekta və məzhəblərin nümayəndəsi kimi təqdim edirlər. Hətta bununla fəxr edirlər. Özünü şiə məddahı olaraq təqdim edən, dini toyların ən məşhur oxuyanı və özünü Seyyid kimi təqdim edən Taleh Boradigahi facebook profilindəki statusu […]

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Bu müsəlmanların əksəriyyəti isə bu torpaqlarda doğulduqları üçün özlərini müsəlman adlandırırlar. Bəziləri isə özlərini kənardan idxal olunan müxətlif dini sekta və məzhəblərin nümayəndəsi kimi təqdim edirlər. Hətta bununla fəxr edirlər.

Özünü şiəseyyid məddahı olaraq təqdim edən, dini toyların ən məşhur oxuyanı və özünü Seyyid kimi təqdim edən Taleh Boradigahi facebook profilindəki statusu ilə bütün müsəlmanların hiddətinə səbəb olub. Belə ki, həmin şəxs Sonuncu Peyğəmbərin əmisi oğlu Əlinin (r) doğum günü ilə əlaqəli bunları yazıb;

Bəsdir, demə LƏ İLƏHƏ İLLƏLLAHIM
Ya inki MUHAMMADAN RESULULLAHIM
Məhşərdə mənim dadıma yetməz billah
Lütf eyləməsə, ƏLİ VƏLİYYULLAH!

Ürəyi Həzrət Əlinin məhəbbəti ilə döyünənlərin bayramı mübarək olsun!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...