Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Şiə müsəlmanların öldürüldüyü Əfqanıstanda matəm elan olunub

Share Button

Hadisədən sonra 10 gün müddətinə bütün toplaşmalara və nümayişlərə qadağa qoyulub

Əfqanıstanda şənbə günü partlayışlarının qurbanlarının yas mərasimlərinə başlanıb.

80 nəfərin ölümü və 230 nəfərin yaralanması ilə nəticələnmiş hücumdan sonra ölkədə milli matəm elan edilib.

“Din.az” xəbər verir ki, bəzi ailələr BBC-ə bildirib ki, hələ də itkin düşmüş insanlar var.

Özünü İslam Dövləti adlandıran sünni qiyamçı qrup bildirib ki, şənbə günü şiə müsəlman həzara xalqının keçirdiyi nümayişdə partlayışları o törədib.

Prezident Əşrəf Ğani televiziya nitqində hadisəyə görə məsuliyyət daşıyan şəxslərdən qisas alınacağını dilə gətirib.

Hökümət bu hadisədən sonra 10 gün müddətinə bütün toplaşmalara və nümayişlərə qadağa qoyub.

BMT-nin Əfqanıstandakı nümayəndəliyi hücumu “müharibə cinayəti” adlandırıb.

Nümayəndəliyin rəhbəri Tadamichi Yamamoto bildirib ki, hücum edənlər bilərəkdən çoxsaylı xalqı hədəfləyiblər.

İD-ə bağlı “Amaq” xəbər agentliyi bildirib ki, “intiharçı kəmər geyinmiş” iki döyüşçü “şiələrin yığıncağında” özlərini partladıb.

Etnik azlıq hesab edilən minlərlə həzara Deh Mazang meydanında çəkilməsi planlaşdırılan yeni elektrik xəttinə etiraz edirdi.

Onlar bu xətlərin əsas hissəsinin həzaralar yaşadığı ərazidən keçməsini istəmirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir