Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şiə və sünni din xadimləri Lənkəranda birgə namaz qılıblar – FOTO

Böyük Bazar “Cümə” məscidi və Kiçik Bazar “Hüseyniyyə” məscidində birgə namaz qılındı.

Azərbaycanın şimal və cənub bölgəsindən olan din xadimləri birgə namaz qılıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən və 23-25 aprel tarixlərini əhatə edən seminar davam edir. Seminarda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edir.

Din.az bildirir ki, Fonddan Milli.Az-a verilən məlumata görə, seminar çərçivəsində Azərbaycanın Şimal və Cənub bölgəsindən olan din xadimləri Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidi və Kiçik Bazar “Hüseyniyyə” məscidində birgə namaz qılıblar.

Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov “Azərbaycanda birgəyaşayış ənənəsi”, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun “İslam məktəblərində ortaq dəyərlər” və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda mühazirələri dinlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...