Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ŞİƏ VƏ SÜNNİ TÜRKMƏNLƏR ONLARI DƏSTƏKLƏYƏN AZƏRBAYCANLILARA: “SİZ DƏ BİLİN KI, TÜRKMƏNLƏR QARABAĞ UĞRUNDA DÖYÜŞMƏYƏ ƏSLA TƏRƏDDÜD ETMƏYƏCƏK”

Şiə və sünni olan bütün türkmənlər Telaferdə…

Türkiyə mediasında yerli mətbuat orqanları Türkiyə, İraq və Suriyada şiə-ələvi və sünnilər arasında müharibənin başlayacağı ilə bağlı yalan xəbərlər yaymaqda davam edir.

Din.az A24.az-a istinadən xəbər verir ki, Türkiyə haqqında yanlış məlumatlar verən “Yenişafaq” və “Akit” kimi media orqanlarına İraqın Türkmənistan bölgəsində azadlıq və müstəqillik uğrunda mübarizə aparan Türkmən Silahlı Qüvvələrinin Türkmənistan hərbçiləri cavab verib.

Şiə və sünni olan bütün türkmənlər Telaferdə…

Türmən hərbçiləri verdiyi açıqlamada “Türkiyədən bu mövzu ilə əlaqədar bizdən mesaj və məlumatların verilməsi ilə bağlı çoxlu sayda tələblər gəlir. Çünki Türkiyədə bir çox media qurumları sifarişli xəbərlər yaymaqdadır. Bu gün İraqın azadlığı uğrunda şiə-sünni, bütün türkmənlər birlikdə mübarizə aparmaqdadır.

Biz İraqın könüllü döyüşçüləri arasında yer alan türkmən hərbçiləri adından sizi məlumatlandırmaqda məsuluq.Türkmənlərin azadlıqları üçün mübarizə apardıqları bu günlərdə heç bir mövzuya məzhəb baxımından yanaşmadıq.

Bu açıqlama Türkiyə ictimaiyyətini məlumatlandırma xarakteri daşıyır. Bu gün türkmənlərin yanında ən böyük güc Haşdi Şabi qruplaşmasıdır. Tərkibində minlərlə türkmən döyüşçülər var. İraqın ərazı bötüvlüyünü qorumaqda bu, türkmənlər üçün həyati məsələdir.

Odur ki, İraq türklərini bu çətin günlərdə sosial mediada tək qoymayan, dəstəklərini əsirgəməyən, cəbhəyə döyüşmək üçün gəlmək istədiklərini bildirən, bizim üçün dua edən bütün qardaşlarımıza, xüsusilə də Azərbaycandan gələn səmimi mesajlara təşəkkür etməyi özümüzə borc bilirik. Sizlər də bilin ki, işğal altında olan torpaqlarınızın azad edilməsində iş masadan çıxıb döyüş meydanına düşərsə, türkmənlər Qarabağ uğrunda döyüşməyə əsla tərəddüd etməyəcəklər”.

Qeyd edək ki, əhalisinin 75 faizi sünni, 25 faizi şiə olan Telafer bölgəsi İraqda Mosul yaxınlığında yerləşir. Şiə və sünnilərin yaşadığı şəhərdə Azərbaycan türkcəsinə çox yaxın bir dildə danışılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...