Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb

Terror aktı törətmək istəyən Ku-kluks-klançılar ələ keçirilib.

ABŞ-ın Kolorado ştatının Pueblo şəhərindəki sinaqoqda terror aktı törətmək istəyən Ku-kluks-klanın üzvü saxlanılıb.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti Denverdə federal məhkəməyə daxil olan sənədlərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 27 yaşlı Riçard Holzer gizli fəaliyyət göstərən Federal Təhqiqat Bürosunun (FTB) agentlərinə planlaşdırdığını açıqladıqdan sonra saxlanılıb.

Cari ilin oktyabr ayında məhkəməyə təqdim olunan sənədlərə əsasən, Riçard Holzer FTB agentləri ilə sinaqoqa gələn insanları zəhərləməyi, molotov kokteyli və partlayıcı qurğuların düzəldilməsini müzakirə edib. O, daha əvvəl Ku-kluks-klanın üzvü olduğunu da etiraf edib.

Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 20 ilədək həbs cəzası gözləyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...