"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Siqaret çəkən ətrafındakılarla halallaşmalıdır”

Share Button

Diyanət açıqladı: Siqaret çəkənlər hallallıq almalıdır. Siqaret çəkmək qul haqqına girərmi? Dini İşlər Üzrə Ali Təşkilatın üzvü Dr.Mehmet Canbulat mövzu ilə bağlı fətva verib. “Din.az” xəbər verir ki, cəmiyyət arasında açıq havada siqaret çəkənləri kədərləndirəcək açıqlama Türkiyənin Diyanətindən gəldi. Çünki Diyanəyə görə,  çəkdiyiniz siqaretin dumanı siqaret çəkməyən birinə mənfi təsir edirsə, o insandan halallıq almağınız […]

Diyanət açıqladı: Siqaret çəkənlər hallallıq almalıdır.

Siqaret çəkmək qul haqqına girərmi? Dini İşlər Üzrə Ali Təşkilatın üzvü Dr.Mehmet Canbulat mövzu ilə bağlı fətva verib.

“Din.az” xəbər verir ki, cəmiyyət arasında açıq havada siqaret çəkənləri kədərləndirəcək açıqlama Türkiyənin Diyanətindən gəldi. Çünki Diyanəyə görə,  çəkdiyiniz siqaretin dumanı siqaret çəkməyən birinə mənfi təsir edirsə, o insandan halallıq almağınız lazımdır.

Dini İşlər Üzrə Ali Təşkilatın üzvü olan Dr. Mehmet Canbulat mövzu ilə bağlı, “minlərlə insanın yanında siqaret çəkən birini fikirləşin, o, ətrafındakı insanlarla tək-tək halallaşmalıdır. Çünki siqaretin dumanı ilə həmin insanlara zərər vermiş olur”, – deyə bildirib.

Canbulat, “mən siqaret çəkib özümə zərər verdiyim üçün tövbə istiğfar etməliyəm. Amma sizə, ətrafımdakılara zərər verirəmsə, ikinci bir tərəf ortaya çıxır. Bu da qul haqqına girməyimdir. Bu vəziyyətdə mən əməlimdən axirətdə cavabdeh oluram. Mütləq sizinlə hallaşmağım lazımdır” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir