Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

SİQARET QADAĞASI ilə bağlı daha bir xəbərdarlıq

“Kanallarımızda siqaret tüstülətmə səhnələrinə hələ də rast gəlinir”.

Ərşad Hüseynov qeyd edib ki, qanuna əməl etməyin vaxtı çatıb.

“TV kanallarımızda siqaret tüstülətmə səhnələrinə hələ də rast gəlinir. Ola bilsin ki, bəzi TV rəhbərləri belə səhnələrin göstərilməsinin 40 gündən artıqdır ki, qadağan olunduğunu hələ də bilmir, yaxud xüsusi tapşırıq gözləyir. Ona görə də bu məsələyə toxundum”.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb.

Hüquqşünas bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun 40 gündən artıqdır ki, qüvvədədir. Və bu Qanunda dəqiq və aydın qadağa var.

“14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:

14.1.4. televiziya və videofilmlərdə,… televiziya, video və kinoxronika proqramlarında… tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması”.

Ərşad Hüseynov qeyd edib ki, qanuna əməl etməyin vaxtı çatıb: “Efirdə siqaret tüstüləmə görüntüləri olmamalıdır. Müxtəlif səhnələrdə həmin görüntüləri “bağlamaq” çətin deyil. Məncə, MTRŞ da bu işə qarışsa, yaxşı olar”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...