Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Siqareti tərgitməyin ən yaxşı üsulu – Maddi həvəsləndirmə…

Alimlər siqareti tərgitməyin ən yaxşı yolunu göstərdilər.

Din.az bildirir ki, Amerika alimləri siqaret çəkməklə mübarizədə maddi mükafatlandırmanın təsirliliyini aşkar ediblər.

Tədqiqatda təxminən altı min nəfər iştirak edib. Könüllüləri iki qrupa bölüb, tərəflərin hər birinə müxtəlif üsullarla zərərli vərdişlərdən qurtulmaq təklif olunub. Bir qrupu sağlam həyat tərzinin faydası haqqına məlumatlandırıblar, o birisinə elektron siqaret və nikotin plastırlardan istifadə etməyi təklif ediblər.

Bundan başqa, bəzi iştirakçılara maddi mükafat vəd ediblər: kim siqaret çəkməkdən altı ay ərzində imtina etsə 600 dollar veriləcək.

Gözlənildiyi kimi, pul təklif olunan iştirakçılar daha yaxşı nəticə göstəriblər. Siqareti ənənəvi üsulla tərgidənlər 0,5%-dən 1%-ə kimi təşkil edib. Maraq güdən iştirakçılar isə tapşırığın öhdəsindən bir neçə dəfə yaxşı gəliblər. Tədqiqatçıların fikrincə, bu, nikotin asılılığından qurtulmaq üçün yayılmış üsulların səmərəsiz olduğunu göstərir.

Alimlər güman edirlər ki, bu üsul əməkdaşlarına zərərli vərdişlərdən qurtulmaq üçün kömək edən şirkətlərə lazım ola bilər. Qeyd olunur ki, maddi mükafatlandırma ən ucuz və səmərəli vasitə ola bilər. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...