Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SİQARETİN ZƏRƏRİ HAQQINDA ÇƏKİLMİŞ VİDEO BİR DAHA DÜŞÜNMƏYƏ MƏCBUR EDƏCƏK!

Siqaretin insan orqanizminə verdiyi zərər…

Siqaretin tüstüsündə olan maddələrin heç birinin insan orqanizminə faydası yoxdur. Onun tərkibindəki nikotin, qatran, karbon-monoksid xərçəng yarada bilən maddələrdir. Bu maddələrin insan orqanizminə verdiyi zərərləri saymaqla bitmir.
Din.az xəbər verir ki, siqaretin insan orqanizminə verdiyi zərərləri əyani şəkildə göstərmək üçün daha bir sosial çarx hazırlanıb.
Bunun üçün təmiz bankaya çoxlu təmiz pambıq tamponlar atılıb. Bankadan açılan deşiyə siqaret qoyulub və yandırılıb. Bankanın altına isə şəffaf qurğu yerləşdirilib. Yüzlərlə siqaret yandırdıqdan sonra banka və qurğu açılaraq pambığın necə qaraldığı nümayiş etdirilib. Siqaretdən əvvəl ağ rəngdə olan pambıq siqaretdən sonra qaralıb. Odur ki, siqaret çəkməzdən əvvəl bu video haqqında düşünməyə dəyər. / Publika.az

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...