Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Sisi Osmanlı-Misir razılaşmasını pozur: İsraillə birlikdə…

“Qahirənin bu siyasəti Osmanlı-Misir razılaşmasına ziddir”.

Misir hökuməti ötən ay Cənubi Sinay yarımadasında yerləşən Talabin kəndindəki bədəvi evlərini yerlə-yeksan edib.

Din.az xəbər verir ki, bu barədə “Midl İst Monitor” nəşrində Amelia Smitin imzası ilə məqalə dərc edilib.

Məqalədə bədəvilərə siyasi təzyiq edildiyi və bunun sistematik formada olduğunu bildirilib.

Qeyd edilir ki, bədəvilərə təzyiq Əbdülfəttah Sisinin prezident olmasından sonra daha da şiddətli xarakter alıb. Bölgədəki mülklərlə bağlı məhdudiyyətlər tətbiq edilib. Yarımadadakı şirkətlərə bu ilin sentyabr ayına qədər vaxt verilib. Əgər bölgədəki şirkətlər yarımadanı tərk etməsə, bu, işğal hesab ediləcək.

Yarımadadakı misirlilərə toxunulmayacaq. Bədəvilərin vətəndaşlığı olmadığı üçün onların haradan gəldiyini təsdiqləmək mümkünsüz görünür. Bu səbəbdən Talabində olduğu kimi, digər kəndləri də eyni tale gözləyir.

1906-cı ildə Misirlə Osmanlı arasında əldə edilən razılaşmanın 8-ci maddəsinə əsasən, sözügedən bölgədə hər iki tərəfdə yaşayan ərəblər suyu, tarlaları, torpaq üzərindəki mülkiyyəti əldə saxlamalı idilər. Bundan başqa, Qahirənin bu siyasəti Yerli və Qəbilə haqqında imzalanan Konvensiyanı da pozur.

Məqalədə qeyd edilir ki, Misir hökuməti hər zaman bədəvilərin sədaqətinə şübhə edib. Bu şübhə ilə Misir ordusunun əməliyyatının başlanmasının ilk 3 ayı ərzində 3 min ev yerlə-yeksan edilib. Misir ordusuna İsrailin də yardım etdiyi vurğulanıb.

1979-cu ildə İsrail-Misir arasında əldə edilən razılaşmaya görə də Sinay yarımadası əslində silahsızlaşdırılmış və ordunun məhdud sayda saxlanılacağı bölgə olmalı idi. Ancaq hazırda hər yerdə Misir ordusu qərarlaşıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...