Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Siyasi İslam yenədəmi bitdi?

“Tunis Nahda” hərəkatının lideri Gannuşinin “Siyasi İslam”ı tərk edib, demokratik İslama keçirik” açıqlaması “Siyasi İslam öldü” cümləsini qurmaq üçün hal-hazırda gözləyənləri həyəcanlandırıb. Ötən gün “Tunis Nahda” hərəkatının lideri Gannuşinin Ərəb Baharı sonrası Tunisdə siyasi islama yer qalmadığını söyləyib, “Siyasi İslamı tərk edib, demokratik islama keçirik. Siyasi İslamı təmsil etdiyimizi iddia etməyi buraxıb, müsəlman demokratlar olduğumuzu […]

“Tunis Nahda” hərəkatının lideri Gannuşinin “Siyasi İslam”ı tərk edib, demokratik İslama keçirik” açıqlaması “Siyasi İslam öldü” cümləsini qurmaq üçün hal-hazırda gözləyənləri həyəcanlandırıb.

Ötən gün “Tunis Nahda” hərəkatının lideri Gannuşinin Ərəb Baharı sonrası Tunisdə siyasi islama yer qalmadığını söyləyib, “Siyasi İslamı tərk edib, demokratik islama keçirik. Siyasi İslamı təmsil etdiyimizi iddia etməyi buraxıb, müsəlman demokratlar olduğumuzu söyləyirik” açıqlaması, “Siyasi İslam öldü” cümləsini qurmaq üçü hal-hazırda səbirsizliklə gözləyənləri həyəcanlandırıb.

Hökuməti vurmaq üçün Siyasi İslamı çökdürdülər…

Əslində siyasi islam mövzusu ölkəmizdə daha əvvəl də gündəmə gəlmişdir. Xüsusilə AK partiyası ilə Siyasi İslamı bərabərləşdirməyə çalışan Ali Bulaç və Mümtazer Türkönetez-yez yazdıqları məqalələrdə siyasi islamın çökdüyünü elan edirdi. Özkök, ötən gün Hasan Bülent Kahramanın yazısına cavab olaraq Davudoğlunun AK Partiyasını dinçi bir partiya etməyə çalışdığını, Binali Yıldırımın isə yenə bir mərkəz partiyası halına gətirəcəyini elan etmişdi.

Bu, islamçılığın neçənci ölümüdür?

Siyasi İslam və ya daha başqa cür desək İslamçılıq, kim bilir neçənci dəfə öldü?!

Hamidi dövründən bugünə qədər İttihadi İslam idealı ilə başlayıb, qərbin yalnız hərbi deyil, iqtisadi və mədəni istilası qarşısında, İslam vətənini və müsəlman həyatını necə qoruya bilərik motivasiyası ilə başlayan bir çarə axtarışının adı idi İslamçılıq…

Balkanlarda İslam torpaqlarını tərk etmək məcburiyyətində qalarkən gediləcək bir yer var idi, lakin Anadolu da işğal edilincə gəmilər özbaşına yandı və müsəlmanlıq sual altında qaldı.İstiqlal hərbi zəfərlə bitincə, islamçılıq bir daha öldü.945-ci ildən etibarən yəni II Dünya müharibəsi qurtarandan sonra, xüsusilə də 60-cı illərdə qarşımıza bir başqa islamçılıq çıxdı. Bir tərəfdən yer altına itələnən İslami həyat ənənədən qopub camaatlaşma meylinə sürüklənərkən, digər tərəfdən şəhidlərdin həqiqətən şəhid olub olmadıqlarını mübahisə etdikləri Türkiyədə məscidləri boykot edən qəribə bir kütlə meydana gəldi.

Bu gün gəldiyimiz nöqtədə şirkətləşən və hətta dövlətləşməyə cürət edən yüz illərlə təcrübə, ədəb və üsullardan qopub müasir camaatlar ilə sanki onlardan zidd bir sahədə dayanan kimi görünən sələfi meyillər necə bəlalara yol açdıqlarını İslam dünyasının əhvalına baxaraq anlaya bilərsiniz. İslamın əsirlər boyu müsəlman olan qövmlərin özündə topladığı təcrübələri bir kənara qoyub “məgər səhv bilirmişsiniz” yanaşmasını dilə gətirə biləcəkləri bu lənətli zəmin davamlı və israrla bəsləndi.

Məsələni bu nöqtəyə gətirməyin səbəbi budur; bu gün islamçılığı yenidən torpağa verməyə hazır olanların, Siyasi İslam layihəsinin çökdüyünü söyləyənlərin şəxsən bu layihənin bir məhsulu olaraq qarşımızda durmasıdır. O zaman halvasını yemək istədikləri hansı islamçılıqdır?

Yeni bir müddətə girildi…

Siyasi İslam bitdi deyərkən nə nəzərdə tutulur? Bundan 20-30 il əvvəl Oliver Roy “Siyasi İslamın Yüksəlişi” adlı bir kitab yazıb. Daha sonra isə Siyasi İslamın bitdiyini yazdı. Bu qədər qısa müddətdə nə başladı, nə bitdi? Mənim fikrimcə, bu iş bu qədər səthi şəkildə davam etdirilə bilməz. Bu yalnışdır. Çünki axraya dönüb baxdığımız zaman Türkiyədə islamçılıq yeni osmanlılarla bərabər başlayan bir şeydir, amma əsil olaraq Akifdir. Eyni zamanda Babanzadə Ahmet və başqaları ilə davam edən bir ideologiyadır. 1923-40-cı illər arasında Türkiyədə islamçılıq deyil, islamın nəfəsi kəsilmiş bir vəziyyətdə idi. O dövrdə yox olan, varlığı ciddi bir şəkildə sonlandırılan islamçılığın batdığını deməyimiz lazımdır. Amma daha sonra rahatlıqla suyun üzünə çıxdığını və ictimai qanunilik qazandığını görürük. Dolayısı ilə “bitdi, yıxıldı, batdı” deməyin doğru olmadığını düşünürəm.

Siyasi İslam bitti sözü təsbit deyil…

Təqribən bir əsr yarımdan bəri müsəlmanların qlobal iqtidar  mərkəzləri ilə yaşadığı “Böyük Problem”, böyük ölçüdə daxili mübahisələrə də təsirsiz ötüşmür. “Tunis en-Nahda” hərəkatının lideri Raşid el-Gannuşinin 10-cu Ümumi Konqresdən əvvəl “iddia fəaliyyətləri” ilə “siyasi partiya fəaliyyətləri”ni bir-birindən ayıracaqlarını bəyan etməsinin ardından canlanan mübahisələrin də bu davamlılıq müddətində anlaşılması lazımdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir