Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Siyavuş Novruzov: “Bəzən ölüləri kim harada gəldi basdırır”

“Qəbirlərlə əkin sahəsi arasında müəyyən qədər məsafə olmalıdır”.

“Müasir dövrdə çox ciddi xəstəliklər var. Elə xəstəliklər var ki, yoluxucudur, həmin xəstəlik üçün kimyəvi maddələrdən istifadə edilir. Həmin şəxslər vəfat edərkən elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qəbirlərlə əkin sahəsi arasında müəyyən qədər məsafə olmalıdır: “Bəzən şahidi oluruq ki, ölüləri kim harada gəldi basdırır. Məktəbin, xəstəxanın, su hövzəsinin yaxınlığında bu işləri həyata keçirmək olmaz. Bu, çox təhlükəlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...