Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Siyavuş Novruzov “Facebook”da səhifə açıb: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”

“Cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

Din.az-ın xəbərinə əsasən, S.Novruzov “Report”a açıqlamasında deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...