Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Siyavuş Novruzov: “İslamda özünü döymək qadağandır”

“Baş yarmaq və digər bu kimi ifrat davranışlar qadağandır.”

İslamda özünü döymək, xəsarət yetirmək, baş yarmaq və digər bu kimi ifrat davranışlar qadağandır.

Din.az bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda din Konstitusiyamıza uyğun olaraq, dini etiqad haqqında qəbul olan qanunla tənzimlənir:

“Burada məqsəd dinin mahiyyətini insanlara düzgün şəkildə çatdırmaq, Azərbaycanın mənəvi dəyərlərin, o cümlədən dini dəyərlərin həyata keçirilməsində qeyri-qanuni hərəkətlərə yol verilməsinin qarşısını almaqdır.

Ölkəmizdə bütün dinlər qanun çərçivəsində saxlanılır. Bu istiqamətdə insanların maariflənməsi üçün tədbirlər görülür. İstər Qafqaz Müsəlmanları İdarəsi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, din xadimləri bu prosesdə iştirak edir. Onlar müxtəlif fitvalar verərək, insanları düzgün istiqamətdə yönləndirirlər”.

Komitə sədri qeyd edib ki, digər müsəlman ölkələrində bu mərasimin hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur:

“Azərbaycan sərhədləri daxilində bu mərasim həm din, həm də qanun çərçivəsində keçirilir. Ölkəmizdə tolerantlıq var və qanunla qeydiyyatdan keçmiş bütün dinlərə müsbət yanaşılır. Ölkə başçısı dini mərasimlərin hər birində şəxsən iştirak edir. Sentyabrın 20-də Aşura günü qeyd ediləcək”.

Siyavuş Novruzov bildirib ki, İslamda özünü döymək, xəsarət yetirmək, baş yarmaq və digər bu kimi ifrat davranışlar qadağandır.

“Qurani-Kərim”də bunlar qeyd olunmur. Bunlar kənar qüvvələr tərəfindən din adı ilə gətirilib. Hesab edirik ki, insanlar Aşura günündə İslam qayda-qanununa uyğun şəkildə davranmalıdırlar. Məhəmməd peyğəmbərdən ali din xadimi yoxdur. Bilirsiniz ki, qanunvericilikdə ekstremist qüvvələrə qarşı qanun qəbul olunub. Bu qaydaları pozanlar qanun qarşısında cavab verəcəklər”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...