Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Siyavuş Novruzov: “Kimliyindən asılı olmayaraq hər kəs eyni səviyyədə və formada dəfn ediləcək”

“Bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır”.

“Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək.

S.Novruzov vurğulayıb ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır: “Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik. Çünki insanlar yas mərasimindən sonra borclu qalırlar”.

O əlavə edib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: “Müasir dövrdə, bu, milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...