"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Siz hələ də siqaret çəkirsiniz?

Share Button

İnsanın özünə qəsd etməsi, özünə zərər verməsi böyük günahlardan hesab edilir

Bu gün dünyada bir milyarda yaxın insan siqaret çəkir. Yoxsulluğun yüksək həddə olduğu ölkələrdə siqaret çəkmə nisbəti getdikcə artdığı halda, inkişaf etmiş ölkələrdə bu say azalır. Son illərdə bu məsələdə qadınların da sayının artması təhlükənin həddinin nə qədər büyük olduğunu göstərir. Təəssüf ki, artıq orta məktəb yaşında olan gənclər də anaları ilə birlikdə siqaret çəkirlər.

“Din.az” xəbər verir ki, son illərdə gənclər və qadınlar arasında bu zərərli vərdiş sürətlə yayılır. Hər il 120 000 insan siqaretlə bağlı xəstəliklər səbəbilə vəfat edir. H1N1 virusunun səbəb olduğu yoluxucu xəstəliyə görə göstərilən həssaslıq, hər gün təxminən 400 insanın ölümünə səbəb olan siqaretə qarşı göstərilmir. Siqaretin yalnız ağciyərlərə zərər verməsinə işarə edən bəzi məlumatlar isə səhvdir. Aktiv və ya passiv siqaret çəkməklə bədənə daxil olan zərərli maddələr bədənin bütün orqanlarına zərər verir, onlarla xəstəliyin əmələ gəlməsinə səbəb olur. Siqaret demək olar ki, bütün xərçəng növlərinin yaranma təhlükəsini dəfələrlə artırır. Bütün bu xəstəliklərə birbaşa səbəb olan siqaretlə mübarizə, dünyada bir nəfər də siqaret çəkən insan qalmayana qədər davam etdirilməlidir. Bəs bu qədər təhlükəli olmasına baxmayaraq, insanlar nə üçün öz həyatlarına son qoymağı bu qədər çox istəyirlər? Nə üçün siqaretin zərərlərini görmürlər?

Siqaret çəkmək üçün səbəbin yaranması

Siqaret çəkənlərin siqaretə başlaması üçün mütləq müəyyən səbəblər var. Bəziləri gərginlik, bəziləri vərdiş, bəziləri isə insanın ağlına da gəlməyən bəhanələrlə siqaret çəkirlər. Siqaret çəkən insanlar bu səbəblərə söykənərək saxta xoşbəxt həyatlarını yaşayırlar. Siqaret çəkdiyinə görə xroniki ürək xəstəsi olan şəxs belə deyir: “Siqaret çəkmədiyim zaman çox əsəbiləşirəm, çəkdikdə isə rahat oluram”. Bu insan özündə, “siqaret çəkmədikdə əsəbiləşirəm” şəklində səhv fikrə düşüb. Halbuki həmin şəxs, siqaretin oyadıcı təsirilə daha da əsəbiləşir, sağlamlıq problemləri və siqaretə sərf etdiyi pullara görə həyatı daha da pisləşir, ətrafında olanlar üçün isə “siqaret çəkdikdə əsəbiləşmirəm və siz məndən rahat olursunuz” fikrilə bir növ hədə yaradırdı. Bundan sonra yaxınları da bu insanın əsəbiləşməməsi üçün illərlə sakit dayanmış, hətta hər dəfə əsəbiləşdikdə onun siqaret çəkməsinə kömək etmişlər. İnsanın xarakterik cəhətlərindən və ya başqa səbəblərlə psixoloji vəziyyətini düzəltmək üçün siqaret şəkməsi nə qədər də böyük səhvdir?
Siqaret aludəçiləri əsasən gərgin olduqlarına görə siqaret çəkdiklərini bildirirlər. Halbuki siqaret hər hansı çətinliyi aradan qaldırmır, əksinə səbəb olduğu sağlamlıq problemləri səbəbilə gərginliyi daha da artırır. Siqaret çəkən insan demək olar ki, hər gün maddi və mənəvi zərərlərə sürüklənir. Əsində bu zərərli davranış, “tergidilməyən vərdiş” deyil, bir növ “ölüm məşqi”dir.

Səhv müdafiə mexanizmləri

Kişilər hər hansı səhv davranışlarını yaxşı göstərmək üçün müxtəlif müdafiə mexanizmləri fikirləşirlər. Bu müdafiə mexanizmləri isə həqiqətin qavranılmasının qarşısını alır. İnsan bilmədən bu mexanizmlərlə səhv davranışı davam etdirir. Müdafiə mexanizmlərindən bəziləri bunlardır: İnkar, etinasızlıq, təkmilləşdirmə və dəyər vermə… Siqaret çəkən bəzi insanlar tənəffüs çətinliyini qriplə, öskürəyi isə soyuqdəyməylə izah edirlər. Onlar siqaretin mənfi cəhətlərini heç ağıllarına da gətirmirlər. Belə ki, bu, etinasızlıqdır. Müdafiə mexanizmləri həqiqəti qavramağımıza mane olur, səhv hərəkəti davam etdirməyimizə gətirib çıxarır. “Bu doğru hərəkət deyil! Mən özümə, sevdiklərimə, ölkəmə, ailəmə zərər verirəm” deyərək bu vərdişi tərgitmək ən doğru addımdır.

Məgər insan həyatı bu qədər ucuzdur?

İnsan həyatı əmanətdir. İnsanın özünə qəsd etməsi, özünə zərər verməsi böyük günahlardan hesab edilir. İslam dininə əsasən, canımız bizə əmanət verilib. Ani olaraq özünə qəsd edən şəxslə, hər gün yavaş-yavaş özünü ölümə sürükləyən şəxs arasında nə fərq var? Hər ikisi öz həyatına son qoyur. Böyük ideyalar üçün -Allah üçün- yaşadığımız həyatdan ayrılan insanlar inşəAllah şəhid olur. Müvəqqəti istək və tütün bitkisi uğrunda canlarından keçənlər isə boş yerə dünyadan gedirlər. İnsan həyatı, hər hansı bitki və vərdiş uğrunda fəda olunmayacaq dərəcədə müqəddəsdir. Bizə əmanət kimi verilən canı qorumaq, insan olmağın səbəblərindən biridir. Siqaret çəkən insanlar özlərinə dəyər verməli, onlara verilən əmanətin qiymətini bilməlidirlər. Bunun üçün keçirilən kampaniyalar kifayət edir?

Siqaretin zərərlərindən bəhs edən kampaniyalara baxdığımız zaman bəzi qüsurlar görürük. Bu qədər təhlükəli vərdiş üçün bu qədər kiçik kampaniyaların təşkil edilməsi olduqca maraqlı haldır. Siqareti tərgitməklə bağlı yalnız qoruyucu sağlamlıq baxımından deyil, uşaqların yetim və kimsəsiz qalmaması, ölkəmizin zənginliklərinin kənara çıxmaması üçün kütləvi elanlar verilməlidir. Bu aksiyada hər şəxs özünü sağlamlıq könüllüsü hesab edib siqaretlə mübarizə aparmalıdır. Siqaretlə mübarizə, əslində həm də spirtli içki, narkotik maddə və digər zərərli vərdişlərlə mübarizə deməkdir. Çünki bu zərərli vərdiş bir müddət sonra digər zərərli vərdişlərə də səbəb olur.

Əsasən uşaqlara, hələ orta məktəbdə oxuyarkən bu zərərli vərdişlə bağlı məlumatlar verilməli, siqaret onlara, həyatları boyu heç zaman yaxınlaşmayacaqları təhlükə kimi aşılanmalıdır. Övladlarımıza təsir etmək üçün onları siqaret çəkilən mühitlərdən uzaqlaşdırmalı, biz özümüz də siqaret çəkməməliyik. Əks təqdirdə deyilənlər uşaqlara da heç bir təsir etməyəcək.

Ziddiyyətlər

Siqaret çəkən insanların hərəkətlərində bəzi ziddiyyətlər var ki, bunlar dərhal diqqəti cəlb edir. Bu insanlar uşaqlarını çox sevdiklərini bildirsələr də onların yanında siqaret çəkir, ölkənin iqtisadi vəziyyətindən şikayət etsələr də öz davranışlarının ölkə iqtisadiyyatına vurduğu böyük zərərdən danışmır, hər şeyin baha olmasından şikayət edir, lakin hər gün siqaretə pul xərcləyir, insanları sevməkdən, düzgünlükdən bəhs edir, lakin açıq havada yanlarında olan insanı narahat etdiklərinə diqqət etmirlər. Siqaret çəkən insanlar bir müddət sonra xudbinləşirlər. Onlar ailə büdcəsindən siqaretə ayırdıqları pula əhəmiyyət vermir, insanların narahat olmasını şişirdərək qiymətləndirir, hətta belə etirazları öz azadlıqlarına müdaxilə hesab edirlər.

Övladını sevdiyini deyən insanın həm sağlamlıq, həm pis nümunə olmaq, həm də maddi baxımdan ona zərər verməsini necə izah etmək olar? Siqaret qutusuna xərclənənlərlə yanaşı, siqaretlə bağlı yaranan xəstəliklərin müalicəsində sərf edilən pulları da bu zərərli vərdişin məsrəfinə əlavə etmək lazımdır. Əslində siqaret çəkənlər çəkməyənlərə nisbətən ikiqat daha çox vergi verməlidirlər. Çünki onların yaratdığı zərərlər səbəbilə çəkməyən insanların vergiləri tüstü üçün boş yerə sərf olunur.

“Tərgitməq çox çətindir” səhvi…

Psixoloji vərdiş yaradan, bunun qarşılığında fizoloji vərdiş dərəcəsi aşağı olan siqaretin tərgidilməsi əslində çox asandır. Təəssüf ki, illərdir cəmiyyət siqareti tərgitmənin çox çətin olması fikrini qəbul edib. Siqaret qutusunu zibil qabına atmaq ən təsirli yoldur. Hər hansı müalicə tələb etməyən bu vərdişin tərgidilməsindən zərərə düşəcək bəzi insanlar siqaretdən yaxa qurtarmağı insanların gözündə böyüdürlər.

Bu mərhələdə siqaretin zərərlərindən daha çox insanların düşdükləri dəhşətli vəziyyəti dərk edəcəkləri üsullar göstərilməlidir. Qutuların üzərində “siqaret öldürür” yazısı çox mühümdür. Lakin bundan daha əhəmiyyətlisi isə siqaret aludəçiliyinin bu günə qədər insan həyatında hansı ziyanları yaratmasıdır. Bu cəhət təfsilatlı şəkildə insana deyilsə, siqaret çəkən insan düşdüyü vəziyyəti dərk edəcək. Bu mərhələdə məlumatın dərk olunma səviyyəsinə qalxması çox mühüm addımdır.

Ən mükəmməl şəkildə yaradılan insan öz yaradılış məqsədini dərk etməli, buna uyğun həyat yaşamalı, ona verilən əmanətə xəyanət etməməlidir. Əgər hələ də nəfəs alırıqsa, deməli, siqareti tərgitməq üçün vaxtımız var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir