Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Sizi qovmayacağıq, amma…” – Ərdoğandan suriyalı qaçqınlara şərt

Ərdoğan: “İdlib getdikcə yoxa çıxır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın İdlib vilayətinə son hava zərbəsini qınayıb.

Din.az xəbər verir ki, Ərdoğan açıqlamasında ABŞ qırıcılarının bombardmanı nəticəsində 700-ə yaxın mülki şəxsin öldüyünü bildirib.

Dövlət başçısı İdlibin tədricən yox olduğunu deyib: “İdlib getdikcə yoxa çıxır. Əvvəllər Hələb ərazilərinə hücum etdilər, indi isə İdlibə… İdlib Hələblə eyni vəziyyətdədir”.

Türkiyə lideri İdlib məsələsini sentyabrın 16-da keçiriləcək növbəti üçtərəfli Rusiya-Türkiyə-İran sammitində, həmçinin sentyabrın 17-də açılması planlaşdırılan BMT Baş Assambleyasının 74-cü sessiyasında qaldırmaq niyyətində olduğunu vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada təhlükəsiz zona yaratmağa çalışacaq:

“Suriyalı qaçqınları qapılarımızı bağlamaqla qovmaq niyyətində deyilik, amma təhlükəsiz bir zona yaratmağa kömək etsələr məmnun olarıq”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...