"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
20

Skandinaviya ölkələrində oruc 22 saat tutulacaq!

Share Button

Müsəlmanların ən qısa müddət oruc tutacağı ölkə Argentina olacaq

İsveç, Norveç və İslandiyanın bəzi şəhərlərində müsəlmanlar bu ramazan ayında təxminən 22 saat oruc tutacaq.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, imsak vaxtına görə, İslandiyanın şimalında yerləşən Reykyavik şəhərində yaşayan müsəlmanlar ramazan ayının ilk günündə 21 saat 38 dəqiqə ilə dünyanın ən uzun orucunu tutacaq. Müsəlmanların ən qısa müddət oruc tutacağı yer isə 9 saat 7 dəqiqə ilə Argentinanın Ushuaia şəhəri olacaq.

Stockholm İsveç Sosial İşlər və Din Xidmətləri Müşaviri Fatih Mehmet Karaca, Türkiyə xaricindəki ölkələrdən müsəlman birliklərin də namaz vaxtları, iftar və sahur vaxtlarında Diyanət İşləri Vəqfinin İmsakiyesine uyğun gələcəyini ifadə edərək, bunları qeyd edib:

“Keçən il Stockholmda təşkil edilən Avropa Fətva Məclisinin toplantısından sonra Diyanət İşləri Vəqfinin tərtib etdiyi vaxt hesablama üsulu, burada yaşayan digər müsəlman xalqlar tərəfindən qəbul edilmiş və bundan sonra namaz vaxtları, iftar və sahur vaxtlarında vəqfimizin təyin etdiyi namaz vaxtlarının təbiqi qərara alınmışdır. Təxminən 134 yaşayış məntəqəsi üçün Diyanət İşləri Vəqfi tərəfindən hazırlanan namaz vaxtları əlaqədar Müsəlman birliklərə çatdırılmışdır. Bizim üçün son dərəcə sevindirici olan bu inkişafı buradakı din qardaşlarımızla paylaşmanın xoşbəxtliyini yaşayıram. Bu vəsiləylə Rəbbimizdən digər mövzularda da müsəlmanların birliyini reallaşdirmək üçün dua edirəm”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top