Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Skandinaviya ölkələrində oruc müddəti 22 saata yaxın olacaq

Bəzi ölkələrdə oruc müddəti 22 saata yaxın olur.

İsveç, Norveç və İslandiyanın bəzi şəhərlərində müsəlmanlar ramazanda təxminən 22 saat oruc tutacaqlar.

Din.az Türkiyənin “dinihaberler.com” saytına istinadən xəbər verir ki, Skandinaviya ölkələrində yaşayan müsəlmanlar bu il ramazan ayı boyu ən uzun orucu tutacaqlar.

Stokholmda yerləşən, Türkiyənin Din İdarəsinin nəzdində olan Fitja məscidinin işçisi Cihat Kullay bildirib ki, ramazanın 15 və 20-si arasında İsveçin paytaxtı Stokholmda 20 saat 8 dəqiqə oruc tutacaqlar. İsveçin şimalındakı Kiruna və Norveçin Tromso şəhərlərində oruc tutma müddəti 22 saata yaxın olacaq.

İsveçdə 28 ildən bəri yaşayan 53 yaşlı sürücü Musa Karadağ səhər tezdən işə başladığına görə ramazanın onun üçün çox çətin keçdiyini qeyd edib. O deyib: “Səhər 04:00 və ya 05:00-da işə başlayıram. Səhərdən Yatsı namazını qılıb yatana qədər saat 23:30 olur. Buna görə də sahura çata bilmirəm”.

Fitja məscidinin Qadınlar İcmasının rəhbəri Berrin Pektaş qadınların ramazan ayında toplu şəkildə iftar edəcəklərini bildirərək deyib: “Bununla yanaşı, məscidimizdə Quran oxunacaq. Birgə halda təravih namazları qılacağıq. İnşallah bir və həmrəy şəkildə ramazana başlayacağıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...