Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Slovakiyalı nazir ölkəsində müsəlmanların yaşamasını istəmir

“Ölkəmin öz mənafeyini müdafiə etməsi və xarakterini dəyişməməsi üçün Slovakiyada daim öz istəklərinin gerçəkləşməsini istəyən müsəlmanların olmasını istəmirəm”.  “Din.az”ın “haberler.com”a istinadən verdiyi xəbərə görə, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib. O bildirib ki, Slovakiya Avropa İttifaqının qaçqınların üzv ölkələrdə yerləşdirilməsi ilə bağlı tədbiq etmək istədiyi məcburi qanuna qarşı çıxmağa davam edəcək: “Fərqli mədəniyyətlərə, adətlərə […]

“Ölkəmin öz mənafeyini müdafiə etməsi və xarakterini dəyişməməsi üçün Slovakiyada daim öz istəklərinin gerçəkləşməsini istəyən müsəlmanların olmasını istəmirəm”. 

“Din.az”ın “haberler.com”a istinadən verdiyi xəbərə görə, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.

O bildirib ki, Slovakiya Avropa İttifaqının qaçqınların üzv ölkələrdə yerləşdirilməsi ilə bağlı tədbiq etmək istədiyi məcburi qanuna qarşı çıxmağa davam edəcək: “Fərqli mədəniyyətlərə, adətlərə malik xalqların bir arada yaşaması Slovakiyanın təməl prinsiplərinə ziddir. Ölkəm öz mədəniyyətini, mənafeyini qorumalıdır”.

Qeyd edək ki, Robert Fitsonun daha öncə də verdiyi açıqlamalarda müsəlmanlara qarşı söylədiyi sərt fikirlər cəmiyyətdə etirazla qarşılanıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...