Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

SOCAR prezidenti Abu-Dabidə bir neçə şirkətin rəhbərləri ilə görüşüb

Abu-Dabidə “Şirkət rəhbərlərinin dəyirmi masası” adlı tədbir keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ötən gün Abu-Dabidə (BƏƏ) təşkil olunan “Şirkət rəhbərlərinin dəyirmi masası” adlı tədbirdə müzakirələrdən sonra BP, “Total”, “Statoil”, “Petronas”, “Saudi Aramco” şirkətlərinin rəhbərləri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.
Din.az Report-a istinadən xəbər verir ki, bu görüşlərdə mövcud əməkdaşlıqlar çərçivəsində aktual məsələlər müzakirə olunub, yeni əməkdaşlıq imkanları araşdırılıb.
Qeyd edək ki, noyabrın 12-də dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu-Dabidə təşkil olunan “Şirkət rəhbərlərinin dəyirmi masası”nda iştirak ediblər. Abu-Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunub.
Dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında SOCAR da şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Dəyirmi masa çərçivəsində müasir texnologiyaların təsirləri, dünyada yeni enerji mənbələrinin yayılması kimi aktual məsələlər əsas müzakirə mövzusu olub. Bu proseslərin qlobal enerji bazarlarına, tələb-təklif dinamikasına göstərdiyi təsirlər dəyərləndirilib, yeni qlobal çağırışları daha dərindən dərk etmək üçün fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti “Şirkət rəhbərlərinin dəyirmi masası”nın təşkil olunmasını şərh edərək bildirib ki, qlobal energetika sahəsində sürətlə gedən proseslərin daha səmərəli idarə olunması üçün aparıcı şirkətlər arasında fikir mübadiləsi aparılmalıdır: “Buna görə biz bu tipli müzakirələrin təşkil olunmasını müsbət dəyərləndiririk. Burada müzakirə etdiyimiz proseslər bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir. Yeni texnologiyaların sayəsində alternativ enerji mənbələrinin rolu artmaqdadır. Neft və qaz məhsulları isə gələcəkdə yalnız yanacaq mənbəyi kimi deyil, həm də daha çox müxtəlif plastik əşyaların, gübrə və qida məhsullarının hazırlanmasında mühüm rol oynamağa davam edəcək. Bu baxımdan, SOCAR-ın ötən illərdə daha çox neft və qaz emalı layihələrinə sərmayə qoymaqla əsas tutduğu strategiya, bu günün reallığına və gələcəyə nəzər saldıqda, özünü bir daha doğruldur”.
R.Abdullayev bildirib ki, bu gün burada dünyanın aparıcı şirkətlərı sırasında yer almaq SOCAR-ın beynəlxalq səviyyədə nüfuzlu bir şirkətə çevrilməsinin göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, SOCAR nəinki Azərbaycan daxilində, həm də dünya miqyasında mühüm rol oynayan bir Şirkətdir və bu mövqeyindən istifadə edərək, həm ölkəmizin gəlirlərinə, həm də qlobal məsələlərin koordinasiyasına öz töhfəsini verməyə davam edəcək”.
Qeyd edək ki, “Şirkət rəhbərlərinin dəyirmi masası” adlı xüsusi tədbir Abu-Dabidə keçirilən nüfuzlu ADIPEC ümumdünya neft-qaz sərgi-konfransının ərəfəsində təşkil edilib. 13-16 noyabr tarixlərində keçirilən həmin sərgi və konfransda 135 ölkədən olan 2 000-dən çox şirkət təmsil olunur.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...