Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Mısır harita promo

Şok iddia: FETÖ Misiri qərargah edir

Share Button

FETÖ-nun Misirdəki fəaliyyəti 1990-cı illərin ortalarından etibarən artmağa başlayıb

FETÖ mənsublarının Misirdə toplaşmağa başladığı və paytaxt Qahirəni bölgə qərargahı olaraq istifadə edəcəkləri iddia edilir.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyulda dövlət çevrilişinə cəhdən sonra Misirdə daha əvvəl xidmət etmiş, ölkəni yaxşı tanıyan və misirli səlahiyyətlilərlə yaxın əlaqələri olan FETÖ üzvləri Qahirəyə gəlməyə başlayıb.

Türkiyədəki dövlət çevrilişinə cəhdi dəstəkləyən, yayımlar edən, Misir televiziyalarına qonaq olaraq qatılıb Türkiyə əleyhində şərhlər verən FETÖ üzvlərinə yaxın olan dairələrin, FETÖ-nun rəhbəri olan Fəthullah Gülənin “Misirə sığına biləcəyi” istiqamətindəki təklifləri, şahidlərin ifadələri ilə üst-üstə düşüb.

Misirdə bir qrup millət vəkili də ötən günlərdə 1915-ci il hadisələrini “soyqırım” olaraq xarakterizə edən bir qanun layihəsini parlamentə təqdim etmişdi.

Qeyd edək ki, FETÖ-nun Misirdəki fəaliyyəti 1990-cı illərin ortalarından etibarən artmağa başlayıb. Qahirədə Türkiyədən və Orta Asiya Türk Respublikalarından gələn tələbələrin qatıldığı 4 tələbə yataqxanası fəaliyyət göstərir.

FETÖ-ya yaxınlığı ilə tanınan və ərəbcə nəşr edən Hira jurnalı Qahirədə hazırlanıb çap edilir və Misirdəki şirkətlər vasitəsi ilə digər ərəb ölkələrinə paylanır. Paytaxt Qahirədə FETÖ-nun bir dil kursu və Nil adında bir kitab evi də var.

Bundan başqa, İsgəndəriyyə və Suveyşdə təhsil dili ingiliscə olan və ABŞ dilpomu verilən 3 özəl məktəbin Zemalik bölgəsində bir mədəniyyət mərkəzinin də fəaliyyət göstərdiyi bildirilir.

Misirin baş naziri: Sığınma tələbi olarsa dəyərləndirəcəyik…

Misirin baş naziri Şerif İsmail ölkəsinin Fəthullah Güləndən sığınma tələbi almadığını söyləyib. Rəsmi xəbər agentliyi MENA-da yer alan xəbərə görə, İsmail, əgər tələb gələrsə Misirin bunu dəyərləndirəcəyini bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top