Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Son bir ayda Myanmada 300-dək müsəlman saxlanılıb

Myanmada müsəlmanlara qarşı zülmlər davam edir.

Myanmanın Arakan ştatında son bir ay ərzində məcburi şəkildə qaldıqları düşərgələrdən qaçmağa çalışan 300-dək rohinca müsəlmanı saxlanılaraq geri qaytarılıb.

Din.az xəbər verir ki, noyabrın 25-də Arakan ştatının Sitve şəhərindən qaçmaq istəyən 93 rohincalının olduğu kater saxlanılmışdı. Yerli polisdən verilən məlumata görə, onlar arasında 33 qadın və 16 nəfər 15 yaşadək uşaq olub.

Bundan əvvəl hərbi gəmilər tərəfindən göyərtəsində 106 və 60 nəfər rohincalı olan daha iki kater saxlanılmışdı.

Qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən təzyiqlərə və etnik təmizləməyə məruz qalan Myanmanın rohinca əhalisinin 80 faizi, yəni 2 milyonadək sakini qonşu ölkələrdə sığınacaq tapıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...