Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Sonuncu Peyğəmbərə yəhudi qadın tərəfindən cadu edilməsi doğrudurmu

Share Button

Uca Allah isə Quranda Peyğəmbərə bu iftiranı atanların zalımlar olduğunu xəbər verir.

Muhəmməd peyğəmbərə cadu edilibmi?

Hədis kitablarında sonuncu Peyğəmbərimiz Muhəmməd əleyhissalama Mədinədə yəhudi qadın tərəfindən cadu edildiyi bildirilir. Nəticədə Peyğəmbərin günlərlə, bəzi rəvayətlərdə altı ay ərzində nə etdiyini bilməyəcək vəziyyətdə gəzdiyi iddia edilir.

Uca Allah isə Quranda Peyğəmbərə bu iftiranı atanların zalımlar olduğunu xəbər verir: «Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər» («Furqan» surəsi, 25/8).

Yenə Quranın başqa ayələrində Rəbbimiz belə buyurur: «Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən» («Qələm» surəsi, 68/2).

«Biz onlar səni dinlədikləri zaman necə qulaq asdıqlarını çox yaxşı bilirik. Öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz” – dediklərini də Biz çox yaxşı bilirik» («İsra» surəsi, 17/47).

Bəzi məsələlərdə olduğu kimi bu mövzuda da ən səhih, ən doğru, ən etibarlı hədisləri bir yerə yığdığı iddia edilənlər, təəssüflər olsun ki, Quran ayələrindəki ayələri nəzərə almadan bu cür ifadələri qeyd ediblər.

Gəlin, hər birimiz özümüsə bu sualı verək: «Biz kimə inanaq? Qurana, yoxsa bir qadının Peyğəmbərə cadu etdiyini iddia edənlərə?» Qərar sizindir.

MÜZAKİRƏ

1 şərh Sonuncu Peyğəmbərə yəhudi qadın tərəfindən cadu edilməsi doğrudurmu üçün

  1. Anar dedi:

    Ümumiyyetle cadu varmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir